Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynalılar ölkədəki sosial-iqtisadi vəziyyətdən narazıdırlar

Ukraynalılar ölkədəki sosial-iqtisadi vəziyyətdən narazıdırlar
\

Ukrayna vətəndaşlarının 80%-dən çoxu ölkədə iqtisadi vəziyyətin son bir ildə pisləşdiyindən şikayətçidir.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ukraynanın “Reytinq” sosioloji qrupunun sorğusunun nəticələri belə deməyə əsas verir.

Qrupun saytında dərc edilən araşdırmaya görə, respondentlərin 80%-dən çoxu iqtisadi vəziyyətin pisləşdiyini bildirib. Respondentlərin yalnız 10%-i bunun son bir il ərzində dəyişmədiyinə inanır. Rəy sorğularına əsasən, ailələrin maddi vəziyyəti 60% pisləşib.

Bundan əlavə, respondentlərin 64%-i hesab edir ki, Ukraynada siyasi vəziyyət daha da pisləşib. Eyni zamanda, siyasi vəziyyətin pisə doğru dəyişməsini qeyd edənlərin payının artması maliyyə vəziyyəti istisna olmaqla, bütün sahələr üzrə qiymətləndirmələr arasında ən böyük artımdır.

Nərgiz Əzizova
Xəbəri paylaş