Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il iqtisadiyyat 5,6 faiz səviyyəsində artacaq

Gələn il iqtisadiyyat 5,6 faiz səviyyəsində artacaq



Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə ölkənin sosial-iqtisadi inkişafı məsələləri və hökumətin ortamüddətli dövr üçün proqnozları müzakirə olunan müşavirə keçirilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, müşavirədə prezidentə sosial-iqtisadi inkişafın əsas göstəriciləri, bu ilin 7 ayının respublika büdcəsinin icrası və 2025-2027-ci illər üzrə respublika büdcəsi layihəsinin makroiqtisadi parametrləri barədə məlumat verilib.


Hökumət gələn il iqtisadiyyatın 5,6 faiz səviyyəsində artacağı, inflyasiyanın isə 5,5-7,5 faizədək azalacağını proqnozlaşdırır.

Dövlət başçısı hökumət qarşısında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması və dövlət büdcəsinin keyfiyyətinin yüksəldilməsi, dövlət xərclərinin mərkəzi və yerli səviyyədə prioritet istiqamətlərə uyğun tənzimlənməsinin konkret mexanizminin tətbiqi, kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Mehman Mehdiyev
Xəbəri paylaş