Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ilin iyun ayında 132,8 min avtomobil qeydiyyata alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% azdır.
Beləliklə, 2024-cü il iyulun 1-nə Qazaxıstanda qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sayı 5506,9 min ədəd təşkil edib ki, bunun da 88%-i minik avtomobilləri, 9,9%-i yük avtomobilləri, 2,1%-i isə avtobuslardır.
Qeydiyyata alınmış minik avtomobillərinin ümumi sayında istehsal ili üzrə yaşı 20 ildən artıq olan avtonəqliyyat vasitələrinin xüsusi çəkisi 44,4 faiz, istismar müddəti 10 ildən artıq, lakin 20 ildən az olan avtonəqliyyat vasitələrinin xüsusi çəkisi 23,6 faizdir.
Natiq Orucov