Bu il Nigeriyada 39 meymun çiçəyi hadisəsi aşkar edilib
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə meymun çiçəyi virusuna yoluxma halları ilə bağlı jurnalistlərə açıqlama verib.
İdris bildirib ki, ilin əvvəlindən ölkənin müxtəlif ştatlarında 39 meymuna yoluxma halı aşkarlanıb.
Ölkədə bu virusa görə can itkisinin olmadığını qeyd edən İdris, NCDC-nin meymun çiçəyi virusuna qarşı cavab tədbirlərini koordinasiya etməyə davam etdiyini bildirib.
Afrika Birliyi Afrika ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı bütün qitə miqyasında səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Mehman Mehdiyev