Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqan iş adamları Özbəkistana sərmayə qoyur

Əfqan iş adamları Özbəkistana sərmayə qoyur


Özbəkistanın Daşkənd vilayəti əfqan iş adamları ilə əməkdaşlıq çərçivəsində yeni layihəyə start verib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Çinoz rayonunda əfqan iş adamları ilə birgə “Right Pack” MMC müəssisəsi yaradılıb.

Kisə məmulatlarının istehsalı üzrə ixtisaslaşan bu layihənin ümumi dəyəri 76,5 milyard manatdır və 120 yerli sakinin məşğulluğu təmin edilib.

Müəssisənin illik istehsal gücü 2500 ton məhsul təşkil edir. Şirkət məhsullarını ixrac etməyi də planlaşdırır.


Natiq Orucov
Xəbəri paylaş