2024-cü ilin yeddi ayında Çindən Primoryeyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə altı dəfə çox olub.
Newscenter.az TASS-s istinadən bildirir ki, bu müddət ərzində 4,4 mindən çox avtomobil idxal üçün qeydiyyata alınıb.
Cari ilin 7 ayı ərzində fiziki şəxslər tərəfindən Çindən gətirilən 4443 avtomobil Ussuri gömrükçüləri tərəfindən rəsmiləşdirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.
Qeyd edək ki, iyun ayının sonunda Çin Xalq Respublikasının Primorye ilə həmsərhəd Suifenhe şəhərində avtomobillərin ixracı və ehtiyat hissələrinin satışına dair beynəlxalq sərgi və konfrans keçirilib.
Mehman Mehdiyev