Qazaxıstanda sərnişin qatarlarında qiymətlər artır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi bildirib.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, ölkədə 140 sərnişin qatarı var və tariflərin artırılması onların 62-nə təsir edəcək.
Qeyd edilib ki, tariflərin artırılması avtomobil parkının yenilənməsi, xidmətin yaxşılaşdırılması və işçilərin əmək haqlarının artırılması üçün zəruridir.
Nazirlik onu da qeyd edib ki, son 10 ildə sosial əhəmiyyətli marşrutlar üzrə sərnişindaşıma qiymətlərində artım olmayıb.
Natiq Orucov