VI çağırış Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti və İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) rəsmiləri ilə görüşüb.
Newscenter.az-ın xəbərinə görə, İDDO PSP-nin baş psixoloqu Rövşən Nəzərli, IPA Akademiyanın direktoru Afərim Quliyeva, Eksperimental Psixoloji Laboratoriyanın rəhbəri Fidan Qənbərli və digər nümayəndələrin də iştirak etdiyi görüş zamanı ölkəmizdə fəaliyyət göstərən psixi sağlamlıq mərkəzlərində xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq təcrübə əsasında bu sahəyə aid standartların işlənib hazırlanması ilə bağlı strateji addımlar müzakirə edilib. Eyni zamanda psixi sağlamlıq sahəsindəki təcrübələrin paylaşılması, bu istiqamətdə ən yaxşı praktikalara dair nümunələr, psixi sağlamlıq xidmətlərində innovativ yanaşmaların tətbiqi və bu yanaşmaların standartlara inteqrasiya edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin görüş əsnasında psixi sağlamlıq sahəsinin mütəxəssisləri üçün təlim proqramlarının inkişafı və standartlara uyğunluğun təmin edilməsi məsələlərinin vacibliyi vurğulannıb.
Tədbir çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, bu sahə üzrə yeni texniki komitənin yaradılması məsələləri və gələcək layihələr barədə müzakirələr aparılıb.
Süleyman