Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın 50-dən çox hərbçisi Qazaxıstana gəlib

Azərbaycanın 50-dən çox hərbçisi Qazaxıstana gəlib


Azərbaycan Respublikasının 50-dən çox hərbçisi “Qızıl Qartal-2024” beynəlxalq taktiki xüsusi təlimində iştirak etmək üçün Qazaxıstana gəlib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Qazaxıstan desantları ilə birlikdə onlar dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetirirlər.

Bildirilir ki, ilk dəfə olaraq Qazaxıstanın desant-hücum qoşunları ilə Azərbaycan Respublikasının xüsusi təyinatlı qoşunlarının birgə taktiki-xüsusi təlimi keçirilir. Orada Azərbaycan hərbçiləri müasir silahlı münaqişələrdə əldə etdikləri faktiki döyüş təcrübələrini bölüşəcəklər.

Məlumat üçün qeyd edək ki, avqustun 20-dən 23-dək Jetisu rayonunun “Köktal” poliqonunda “Qızıl Qartal-2024” beynəlxalq taktiki-xüsusi təlimi keçirilir. Təlimlərdə iki ölkədən üç yüzdən çox hərbçi iştirak edir.

Mehman Mehdiyev
Xəbəri paylaş