Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS-dan ABŞ prezidenti Baydenə sərt reaksiya

HƏMAS-dan ABŞ prezidenti Baydenə sərt reaksiya


HƏMAS Hərəkatı onları “atəşkəs və məhbus mübadiləsi sazişindən çıxmaqda” ittiham edən ABŞ prezidenti Co Baydenə sərt reaksiya verib.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, təşkilat ABŞ prezidentinin HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşmasından geri çəkildiyi iddialarının yer aldığı bəyanatını böyük təəccüb və reaksiya ilə izlədiyini vurğulayıb.

“Bayden və Blinkenin açıqlamaları aldadıcı iddialardır və HƏMAS-ın həqiqi mövqeyini əks etdirmir”,-deyə bəyanatda vurğulanıb.

Bəyanatda qeyd edilir ki, ABŞ bu münasibəti ilə Sionist işğalının tam tərəfi olduğunu təsdiq edir və Qəzza zolağında müdafiəsiz mülki əhalinin məhvi və hücumlarında tam əməkdaşlıq edir.

Mehman Mehdiyev
Xəbəri paylaş