Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan neft ixracından ildə 40 milyard dollar gəlir əldə edir

Qazaxıstan neft ixracından ildə 40 milyard dollar gəlir əldə edir


Qazaxıstan neft ixracından ildə orta hesabla 40 milyard dollardan çox gəlir əldə edir.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki,
müvafiq olaraq ölkədə qara qızılın hasilat tempi artır.

Məsələn, iyulda iyun ayı ilə müqayisədə neft hasilatı 4,6 faiz artıb ki, bu da 7,57 milyon tondur.

Ölkədə təbii qaz hasilatı isə ötən ay 7,9 faiz artıb. Bu, təxminən 5 milyard kubmetrdir.

Qeyd edək ki, ötən il ölkədə 90 milyon ton neft hasil edilib. Təsdiqlənmiş ehtiyat isə 2,9 milyard ton olaraq qiymətləndirilir.

Natiq Orucov
Xəbəri paylaş