Çin 11 yeni nüvə reaktoru tikəcək
Newscenter.az TASS-a istinadən bildirir ki, yeni nüvə reaktorun 5 fərqli bölgədə tikintisinə icazə verilib.
Xəbərə görə, ölkədə kabinet funksiyasını yerinə yetirən Dövlət Şurası şimalda Şandunq, şərqdə Jiangsu və Cjiang, Quangdong əyalətləri və Quangxi Cuang Muxtar bölgəsində yeni nüvə reaktorlarının inşasına qərar verib.
İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.
Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var ki, bu da ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkədir.
Mehman Mehdiyev