Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS girovlardan təhdid vasitəsi kimi istifadə edir

HƏMAS girovlardan təhdid vasitəsi kimi istifadə edir


Radikal HƏMAS hərəkatı qaçırılan israillilərin yaxınlarına saxladıqları girovların mobil telefonlarından təhdid mesajları göndərib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, radikallar girovların qohumlarından İsrail hökumətinə qarşı döyüşməyi tələb ediblər. Bundan əlavə, HƏMAS, ödəniş edilmədən girovların ailələrinin yaxınlarının vəziyyəti haqqında məlumat ala bilməyəcəklərini əsas gətirərək, fidyə tələbləri göndərib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzzadan HƏMAS hərəkatının silahlı tərəfdarlarının İsrail ərazisinə hücumu, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 250 nəfərin girov götürülməsi ilə müşayiət olunan hücumdan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda əməliyyata başlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş