Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan Ukrayna probleminin həlli məqsədilə təşəbbüsləri artırır

Hindistan Ukrayna probleminin həlli məqsədilə təşəbbüsləri artırır


Hindistan Rusiya-Ukrayna müharibəsinin həlli məqsədilə sülh təşəbbüslərini artırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu məqsədlə Hindistanın baş naziri Narendra Modi Polşa və Ukraynaya səfər edəcək. Səfəri zamanı Modi bu dövlətlərin liderləri ilə görüşlər keçirəcək, o cümlədən Volodimir Zelenski ilə Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcək.

"Mənim Polşaya səfərim diplomatik münasibətlərimizin 70 illiyinə təsadüf edir. Polşa Mərkəzi Avropada əsas iqtisadi tərəfdaşdır. Demokratiya və plüralizmə müştərək öhdəliyimiz əlaqələrimizi daha da möhkəmləndirir. Dostum Baş nazir Donald Tusk ilə görüşməyi səbirsizliklə gözləyirəm", -deyə Modi bildirib.

O qeyd edib ki, Polşadan Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya səfərə gedəcək.

Modi deyib ki, bu, Hindistanın baş nazirinin Ukraynaya ilk səfəridir:

"Mən prezident Zelenski ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı əvvəlki danışıqları davam etdirmək və Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli ilə bağlı fikir mübadiləsi aparmaq imkanını müzakirə edəcəm".

Mehman Mehdiyev
Xəbəri paylaş