Rusiya-Bolqarıstan sərhədində karantin elan edilə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, buna səbəb Rusiya ilə həmsərhəd olan Bayan-Ulgi vilayətində dörd uşaqda qızılca diaqnozu təsdiqlənməsidir.
Burada əvvəllər Monqolustanın Yoluxucu Xəstəliklərin Tədqiqi üzrə Milli Mərkəzin bir qrup epidemioloqu bu infeksiyaya şübhəli bir xəstəni yoxlayıb. Bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.
“Bayan-Ülgi rayonunda ilk dəfə qızılcaya yoluxma faktı qeydə alınıb, laboratoriya müayinələri nəticəsində bir ailədən qızılcaya yoluxmuş 4 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan ən kiçiyi üç yaşındadır. Onlarla təmasda olanlar təcrid olunublar və müalicə olunurlar”, - deyə yoluxucu xəstəliklər mərkəzindən bildirilib.
Hazırda rayonda sakinlərin qızılcaya qarşı əlavə sürətli peyvəndləmə işləri aparılır. Onlara ictimai yerlərdə maska taxmaq və gigiyena qaydalarına riayət etmək barədə xəbərdarlıq edilib.
Mehman Mehdiyev