Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Rusiyaya smartfon tədarükünü 20% artırıb

Çin Rusiyaya smartfon tədarükünü 20% artırıb


Yanvar-iyul aylarında Çin şirkətləri Rusiya Federasiyasına smartfon tədarükünü illik müqayisədə təxminən 20% artıraraq 11,2 milyon ədədə çatdırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi (GCU) məlumat yayıb.

Departamentin məlumatına görə, ixracın dəyəri 30% artaraq 1,47 milyard dollar təşkil edib. Təkcə iyul ayında Rusiya Çindən təxminən 1,9 milyon smartfon alıb ki, bu da iyun ayı ilə müqayisədə 12,5% çoxdur.

Gömrük statistikasından da göründüyü kimi, Çin bu məhsulları bütün dünyaya tədarük edir. Yanvar-iyul aylarında materikdə yerləşən smartfon istehsalçıları 309,7 milyon ədəd məhsul ixrac ediblər. Bu tədarüklərin təxminən üçdə biri (təxminən 30%-i və ya 92,2 milyon ədədi)

Anar Əliyev
Xəbəri paylaş