Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Rusiyada yaşayan xalqların dillərini dəstəkləmək üçün şura yaradıb

Putin Rusiyada yaşayan xalqların dillərini dəstəkləmək üçün şura yaradıb


Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə dövlət başçısı yanında rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün Şura yaradıb.

Newscenter.az TASS-a istinadən bildirir k, Putin eyni sənədlə əvvəllər mövcud olan Rus Dili Şurasını ləğv edbi.

Şuranın məşvərətçi orqan kimi vəzifələrinə “rus dilinin və Rusiya Federasiyası xalqlarının dillərinin dəstəklənməsi, rus dilinin mövqeyinin təşviqi və möhkəmləndirilməsi”nin əsas istiqamətləri üzrə dövlət başçısına təkliflər hazırlamaq daxildir. Sənəddə deyilir ki, struktur həm də Rusiya vətəndaşlarının bu dillərdən istifadə hüquqlarını təmin etməli olacaq.

Şura digər məsələlərlə yanaşı, dövlət orqanlarının, mədəniyyət müəssisələrinin və qeyri-kommersiya təşkilatlarının rus dilinin və Rusiyanın digər dillərinin inkişafı və dəstəklənməsi üzrə işini əlaqələndirəcək, onların öyrənilməsi və inkişafı üçün şərait yaradacaq.

Anar Əliyev
Xəbəri paylaş