Bu ilin yanvar-iyun aylarında Qazaxıstanda 2 milyon 368 min ton buğda ixrac edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə azdır.
Energyprom.kz monitorinq şirkətinin məlumatına görə, Qazaxıstan buğda istehsalına görə dünyada 14-cü yerdədir.
“İxracın həcminin azalmasının əsas səbəbi 2023-cü ildə taxılın ümumi məhsuldarlığının və keyfiyyətinin azalması olub.
Mehman Mehdiyev