Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadənin 75 illik yubileyi ilə bağlı sərgi təşkil olunub

Allahşükür Paşazadənin 75 illik yubileyi ilə bağlı sərgi təşkil olunub


Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin 75 illik yubileyi münasibətilə respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində faliyyət göstərən. 37 nömrəli Kitabxana filialında baş tutub.

Kitabxana filialının rəhbəri Sevinc Fətiyeva bildirib ki, avqustun 24-də Şeyxülislam Allahşükür Paşazadənin 75-illik yubileyi qeyd olunub. Belə ki, kitabxana filialında Şeyxülislam Hacı Allahşükür Paşazadənin həyat və yaradıcılığından bəhs edən kitabların sərgisi təşkil olunub. Sərgi kitabxanaya təşrif buyuranlar tərəfindən böyük maraqla qarşılanıb.



Anar Əliyev

Xəbəri paylaş