Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kursk əməliyyatı Ukraynanın əldə etdiyi ən böyük strateji üstünlükdür

Kursk əməliyyatı Ukraynanın əldə etdiyi ən böyük strateji üstünlükdür


Ərazinin böyüklüyündən və yaxud kiçikliyindən aslı olmayaraq müharibə hal hazırda Ukrayna ilə yanaşı Rusiya ərazisində də gedir. Bu, bütün hallarda Moskva üçün arzuolunmaz situasiyadır. Çünki, Rusiyanın müttəfiqləri və rəqibləri ölkənin müdaifə qabiliyyətində necə bir boşluqların olmasının şahidi oldu. Kursk əməliyyatı mübaliğəsiz müharibə başlayandan bəri Ukraynanın əldə etdiyi ən böyük strateji üstünlükdür. Burada bir nüansada diqqət etmək lazımdır ki, hərbi texnika və sürsat baxımından qərbli tərəfdaşlarından aslı olan Ukrayna ordusu rəqibinə nəzərən bu qədər məhdud imkanlar daxilində kifayət qədər yüksəl peşəkarlıq səviyyəsi nümayiş etdirir. Yəni, onlarla döyüşən rus əsgərinin ardında böyük bir hərbi arsenal və istehsal potensialı dayansa da buna baxmayaraq döyüşlər hələ ki, Kiyevin istədiyi məcrada inkişaf edir. Təbii ki, hərbi əməliyyatların coğrafiyası genişləndikcə hərəkət sürətində yavaşlama gözləniləndir və olur. Bu da, ərazi genişləndikcə qüvvələr balansını saxlamaq və eşalonlaşdırılmış müdafiə zolağının qurulması ilə əlaqədar olan hallardır.

Kursk əməliyyatı başlayan vaxt Ukraynanın məlum gedişatı etməsinin səbəbləri haqqında qeydlər etmişdim. Bu, bir növ Kiyevə Rusiya qarşısında danışıqlar prosesində müəyyən dividentlər əldə etmək üçün gərəkli idi. Bunu ruslarda yaxşı başa düşür. Ancaq Kreml üçün daha təhlükəlisi Kurskda Ukrayna əsgəri ilə yanaşı Qərb qüvvələrinin olması ehtimalıdır. Heç şübhəsiz ki, fərqli adlar altında Qərb ölkələrinin xüsusi kəşfiyyat xidmətlərinin əməkdaşları döyüşlər zonasında fəaliyyətlər icra edir. Onlar Rusiyanın daha da dərinliklərində yerləşən strateji obyektləri və hərbi sirlərini öyrənmək cəhdləri edirlər.

Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı dəqiq nəisə demək çətin olduğu üçün, Kursk ssenarisinin də sonunu gözləmək gərəkdir.

Pərviz Mirizadə
Xəbəri paylaş