Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO- Rusiya toqquşması gözlənilir

NATO- Rusiya toqquşması gözlənilir


Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Hürriyət”ə müsahibəsində müharibənin mövcud durumu ilə bağlı açıqlamalar verib. O, NATO-nu açıq- aydın tənqid edib: “NATO Rusiyanın hücumlarının dayandırılması istiqamətində lazım olanları etmir. Biz səmimi şəkildə Alyansa deyirik ki, özünüzü müdafiə etməyin ən yaxşı yolu Ukraynanı müdafiə etməkdir. Beləliklə, sabah Rusiyanın hansısa NATO ölkəsinə hücum etmək imkanı olmaz. Digər tərəfdən NATO-ya üzv ölkələrin xalqlarının bu müharibəyə qoşulmasını və bizim üçün döyüşməsini istəmirik. Bizim NATO-ya üzvlük iddiamız isə müharibədən sonrakı dövrlə aiddir. İndi Ukrayna həm də NATO-nu müdafiə edir. Gələcəkdə Kiyevin NATO-ya üzvlüyü Alyansa ciddi töhfə olacaq”.

Əvvəl də dediyimiz kimi, Ukraynadakı müharibənin başlanmasının arxasında əslində xeyli dərəcədə elə Alyans dayanır. Belə ki, savaşın başlanmasının əsas səbəblərindən biri NATO-nun şərqə doğru genişlənmə cəhdləri olub. Məhz Ukraynanın Alyansa qoşulmaq cəhdləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə nəticələndi. Əslində bu, başa düşüləndir. Çünki Rusiya NATO-nun sərhədlərinə qədər yaxınlaşmasına razı ola bilməzdi. Bu, Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdid olardı.

Müharibənin başlanmasından bəri bu günə qədər olanlar əslində NATO-nun oyunudur. Alyans öz maraqları naminə rəsmi Kiyevi qurban verdi. Başqa sözlə desək, Ukraynaya bataqlığa çevrildi, sonra isə Rusiya da bu bataqlığa çəkildi.
NATO Ukraynaya dəstəyə ehtiyatlı yanaşır. Bu, ayrı- ayrı Alyans müttəfiqlərinin ritorikalarında da hiss olunur. Ümumiyyətlə, müharibə uzandıqca NATO müttəfiqləri arasında fikir ayrılıqları güclənir. Məsələn, Alyansın aparıcı üzvü olan Türkiyə ilə digərlərinin Rusiya ilə bağlı mövqeyi üst- üstə düşmür.

Yaxud da bir müddət əvvəl Fransanın Ukraynaya qoşun göndərməklə təkliflərini NATO-nun əksər üzvləri tənqidlə qarşıladı.

Gələcəkdə Ukrayna müharibə fonunda NATO daxilində ziddiyyətlərin güclənməsi gözləniləndir.
Birbaşa toqquşma nə Rusiya, nə də NATO-ya sərf edir Bu, üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması ilə yanaşı, həm də nüvə silahının tətbiqi ilə bağlı ciddi risklər yarada bilər. Odur ki, Alyans ölkələri prosesin o mərhələyə qədər çatmasını istəmir.

Səfirin dediklərindən belə başa düşmək olar ki, NATO-nun iki yolu var: ya Ukraynaya dəstəyi kəskin artıraraq Rusiya ilə birbaşa toqquşmaya getməli, ya da Rusiyanın hansısa müttəfiq ölkəyə hücumunu gözləməlidir. Deməli, gec- tez NATO- Rusiya toqquşması baş verəcək.

Amma NATO Rusiyanın hücumunu gözləyəsi olsa, prosesi bir az ləngidə bilər.

Müharibənin davam etdikcə Rusiyanın hansısa NATO ölkəsinə hücum edəcəyi inandırıcı görünmür. Bu, Rusiyaya qarşı ikinci cəbhənin açılması deməkdir. Odur ki, Alyans, yəqin ki, mümkün qədər savaşı uzatmağa çalışacaq.
Ukraynanın NATO-ya üzvlüyünə gəldiksə isə deməliyik ki, bu, indiki an üçün qeyri- mümkündür. Yalnız müharibə başa çatandan sonra rəsmi Kiyevin üzvlüyü barədə danışmaq olar. Müharibə başa çatandan sonra Ukraynanın Alyansa daxil olub – olmayacağı isə sual altındadır.

Amma perspektivdə Ukraynanın NATO ilə Rusiya arasında bölünməsi ehtimalı var. Ola bilsin, nə vaxtda rəsmi Kiyev Rusiyanın tutduğu ərazilərin onda qalmasına razı olacaq və qalan əraziləri ilə Alyansın üzvünə çevriləcək. Hərçənd bu, uzaq perspektiv üçün Rusiya üçün daha ciddi və davamlı təhdid yaradacaq.

Kənan Novruzov
Xəbəri paylaş