Birləşmiş Ştatlar İsrailin Qəzzaya hücumlar üçün bu ölkəyə 50 min tondan çox hərbi texnika verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə rəsmi Təl-Əviv özü məlumat açıqlayıb.
İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ və İsrail arasında əməkdaşlıq çərçivəsində indiyədək İsrailə gələn hərbi texnika 500 hərbi təyyarə və 107 dəniz daşımaları vasitəsilə həyata keçirilib.
Göndərilən hərbi dəstəyə zirehli texnika, hərbi sursat və döyüş sursatları, həmçinin fərdi mühafizə vasitələri və tibbi avadanlıqlar daxil olub.
Anar Əliyev