Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Enerji auditoru mövzusunda vebinar keçiriləcək

Enerji auditoru mövzusunda vebinar keçiriləcək


Avqustun 30-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji auditoru” mövzusunda vebinar keçiriləcək.

Newscenter.az
xəbər verir ki, vebinarda Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin əməkdaşı Əli Salmanlı tərəfindən enerji auditinin aparılması üçün enerji auditoru ixtisas attestatının əldə edilməsi üzrə müraciət qaydalarına dair ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq.

Onlayn seminarda iştirak etmək istəyənlər 30 avqust tarixində saat 15:00-da Energetika Nazirliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.
Maraqlı tərəfləri enerji auditoru ixtisas attestatının əldə edilməsi ilə bağlı informativ sessiyaya qoşulmağa dəvət edirik:

https://www.facebook.com/minenergygovaz/

Süleyman
Xəbəri paylaş