2023-cü ildə Türkiyədən Azərbaycana 2,3 milyard dollarlıq ixracat həyata keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd edilən dövrdə Azərbaycandan Türkiyəyə isə 5,3 milyard dollarlıq idxalat həyata keçirilib.
Məlumata görə. hazırda iki ölkə arasında ümumi ticarət həcmi 7,6 milyard dollara çatıb.
Bildirilib ki, Azərbaycanda qeyri-neft sektoruna ən çox sərmayə yatıran ölkə kimi Türkiyənin ölkəyə yatırdığı birbaşa investisiyalar üçüncü ölkələr vasitəsilə yatırılan sərmayələr də daxil olmaqla 17 milyard dollara çatıb, Azərbaycanın isə Türkiyəyə 19,5 milyard dollar sərmayəsi var.
Natiq Orucov