Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın BRİCS-ə müraciət etməsinin başlıca səbəbi nədir?

Azərbaycanın BRİCS-ə müraciət etməsinin başlıca səbəbi nədir?


"İkinci Qarabağ müharibəsindən sonra Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi və davamlı basqıları rəsmi Bakını öz maraqlarını təmin etmək üçün alternativ platformalara baş vurmaq məcburiyyətində qoydu. Azərbaycanın BRİCS-ə müraciət etməsinin səbəblərindən biri də məhz bu faktordur".

Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü. partiya liderinin köməkçisi Əli Oruclu deyib. O bildirib ki, BRİCS iqtisadi yönümlüdür və geostrateji maraqlar güdmür:

"Həmin təşkilat dünya iqtisadiyyatının 28 faizinə nəzarət edir və planetin əhalisinin 45 faizini əhatə edir. BRİCS-də Çin, Hindistan kimi dünya nəhəngləri təmsil olunur. Azərbaycanın bu təşkilatda bərabərhüquqlu üzvlüyü yeni iqtisadi-ticari və maliyyə imkanları açır. Eyni zamanda siyasi mövqeyini gücləndirir. Onu da deyim ki, Orta Dəhliz nəqliyyat yolu təşkilatın və dəhliz boyunca dövlətlərin inteqrasiyasını sürətləndirəcək. Azərbaycan bu lahiyənin həyata keçirilməsində və daşımaların həcminin artırılmasında əhəmiyyətli rol oynayır. Bununla yanaşı Azərbaycan məhsulları BRİCS daxilində rəqabət qabiliyyətli ola bilər. Bu isə böyük bazar deməkdir".

Əli Oruclu deyib ki, təşkilatın mənfi tərəflərini də düşünməliyik:

"Məlumdur ki, BRİCS-də əsas söz sahibi Çindir. Hindistan Çinlə rəqabətdə hələlik uduzsa da geniş potensiala malikdir və iqtisadiyyatı sürətlə böyüyür. Burada təmsil olunan siyasi rejimlərın əksəriyyəti qeyri-demokratikdir. İnhisarçılığa və metropaliyaya meyillilik var. Odur ki, bu cür təsirlərə məruz qalmamaq üçün Azərbaycan Qərblə balanslı siyasət yürütməyə çalışmalıdır".

Süleyman
Xəbəri paylaş