"Dünyada iki böyük güc – ABŞ və Çin ətrafında bir araya gələn dövlətlərin birlikləri mövcuddur. Azərbaycan kimi ölkələr bu müstəvilərin hansında olması seçimini özləri edirlər. Biz uzun müddət seçim etmək yolunda olduq və sonda BRİCS-i seçmək qərarı verdik. BRİCS Avropa Birliyi deyil, lakin bu seçimin də öz üstünlükləri var".
Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Azərbaycanın BRİKS-ə qoşulmasının mümkünlüyü barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, Avropa Birliyi uzun müddətdir ki, öz qapılarını Türkiyənin üzünə qapatmışdı. Sonda Türkiyə də öz seçimini BRİCS-in xeyrinə etdi:
"Türkiyə başa düşdü ki, Fransa və Almaniya kimi ölkələr heç vaxt onun AB-yə üzv olmasına imkan verməyəcəklər. Ona görə sonda öz seçimini etdi. Bizim qardaş Türkiyənin də olduğu birlikdə yer almağımız həm məntiqə və həm də bütün reallıqlara tam uyğun olardı".
Süleyman