Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il inflyasiya 5,5-7,5 faiz azalacaq

Gələn il inflyasiya 5,5-7,5 faiz azalacaq


Gələn il Qazaxıstanda inflyasiya 5,5-7,5 faiz azalacaq.

Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazir Oljas Bektenov deyib. Baş nazirin sədrliyi ilə keçirilən hökumətin iclasında Milli Bankın sədri Timur Süleymenov Milli Bankın qarşıdakı illər üçün sosial-iqtisadi inkişaf proqnozu və büdcə parametrlərinin işlənib hazırlanmasında iştirak etdiyini açıqlayıb.

Qeyd edilib ki, inflyasiya 2024-cü ildəki 7,5-9,5%-dən 2025-ci ildə 5,5-7,5%-ə qədər azalacaq. Daha sonra inflyasiyanın ortamüddətli hədəf 5% ətrafında sabitləşməsi gözlənilir.

Bildirilib ki, inflyasiyanın azalmasına həyata keçirilən pul-kredit siyasəti, dünya əmtəə bazarında qiymətlərin sabitləşməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın hədəfə yaxınlaşması, “İnvestisiya tarifi” proqramının icrası təsir göstərir.

Natiq Orucov
Xəbəri paylaş