Türkiyədə internet istifadəçilərinin nisbəti 88,8 faizə yüksəlib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.
Bildirilib ki, bu il Türkiyədə 16-74 yaş qrupu insanların internetdən istifadə nisbəti 88,8 faiz təşkil edib.
Bu göstərici ötən il 87,1 faiz olaraq qeydə alınıb. Bu yaş qrupunda internetdən istifadə nisbəti kişilərdə 92,2 faiz, qadınlarda isə 85,4 faiz olaraq qeydə alınıb.
“Elektron Hökumət” istifadəçilərinin nisbəti 73,7 faiz təşkil edib.
Natiq Orucov