Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın büdcə kəsini ödəmək üçün 15 milyard dollara ehtiyacı var

Ukraynanın büdcə kəsini ödəmək üçün 15 milyard dollara ehtiyacı var


Ukraynanın 2025-ci ildə büdcə kəsirini ödəmək üçün əlavə 15 milyard dollara ehtiyacı var.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal məlumat verib.

O əlavə edib ki, Ukrayna G7 ölkələrindəki hesablardakı dondurulmuş Rusiya aktivlərindən 50 milyard dollar əldə etməklə bu problemi həll etməyi gözləyir.

Qeyd edək ki, Ukrayna iki il ard-arda rekord kəsirlə büdcə tərtib edib və bu kəsirin əsas hissəsini Qərb tərəfdaşlarının köməyi ilə bağlamağa ümid edib. 2024-cü ildə bu, 43,9 milyard dollar təşkil edəcək.

Bu arada, Qərbdə yeni yardım paketlərinin ayrılması uzun müzakirələrdən sonra baş versə də, Kiyevə xəbərdarlıq edilir ki, Ukrayna özünü maliyyələşdirmə mənbələri axtarışını gücləndirməlidir. Bu məqsədlə Ukrayna hakimiyyəti bir sıra vergilərin, eləcə də yanacağa və tütünə aksizlərin artırılması variantlarını nəzərdən keçirir.

Anar Əliyev
Xəbəri paylaş