Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Vergi Xidməti işçi yönümlü dövlət orqanı olmaq istiqamətində islahatları davam etdirir

Dövlət Vergi Xidməti işçi yönümlü dövlət orqanı olmaq istiqamətində islahatları davam etdirir


Dövlət Vergi Xidməti müasir dövrün dinamik və sürətlə dəyişən tələblərinə uyğun olaraq, insan resurslarının idarə edilməsi sahəsində geniş islahatlar həyata keçirir. Tətbiq edilən hər bir yenilik əməkdaşların peşəkar inkişafını dəstəkləməyə, onların iş yerindən məmnunluğunu və işə cəlb olunma səviyyəsini yüksəltməyə, iş mühitini optimallaşdırmağa və bununla da təşkilatın ümumi səmərəliliyini artırmağa yönəldilib. Eyni zamanda, rəqabətədavamlı və ədalətli əməkhaqqı sisteminin qurulması, elektron təlim platformalarının tətbiqi, işə qəbul brendinin gücləndirilməsi və işçilərin karyera yolunun şəffaf şəkildə inkişaf etdirilməsi kimi əsas istiqamətlər də bu islahatların ayrılmaz tərkib hissəsidir. Dövlət Vergi Xidməti bu yeniliklər vasitəsilə peşəkar və səriştəli kadrların cəlb olunmasını və saxlanmasını təmin etməklə yanaşı, onların fəaliyyətinin obyektiv şəkildə qiymətləndirilməsinə və həvəsləndirilməsinə də xüsusi önəm verir. Newscenter.az xəbər verir ki, bunu “vergiler.az” saytına açıqlamasında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova bildirib.

Xidmətdə kadr potensialının artırılması və daha çox gəncə iş imkanı
yaradılması məqsədilə işə qəbul prosesində yeniliklər tətbiq edilib


Baş idarə rəisi qeyd edib ki, Xidmətdə kadr potensialının artırılması və daha çox gəncə iş imkanı yaradılması məqsədilə işə qəbul prosesində də yeniliklər tətbiq edilib. Yeni dəyişikliklər çərçivəsində işə qəbul prosesində müraciət edən şəxslər üçün əvvəllər mövcud olan ixtisas məhdudiyyəti aradan qaldırılıb və bütün ali təhsilli vətəndaşlar üçün bərabər imkanlar yaradılıb. Həmçinin test imtahanında namizədlərə vergilər və vergitutma ilə bağlı suallar əvəzinə onların dünyagörüşü, məntiqi düşüncə və Azərbaycanın qanunvericiliyi ilə bağlı biliklərini ölçən yeni suallar təqdim olunur. İşə qəbul üzrə müsabiqəni uğurla keçən şəxslər Xidmətin Tədris Mərkəzində 2 aylıq intensiv kursları uğurla başa vurduqdan sonra tamhüquqlu vergi orqanı əməkdaşı olmaq hüququ qazanır. Bu yanaşma yüksək potensiala malik gənc kadrların işə cəlb edilməsini və onların peşəkar inkişafının dəstəklənməsini təmin edir.

Həmçinin vergi orqanlarında fəaliyyət göstərən əməkdaşların karyera yüksəlişi üçün şəffaf və ədalətli mexanizm yaradılmasını təmin etmək, əməkdaşın Xidmət daxili uzunmüddətli karyera qurması və yüksək peşəkar kadr potensialının qorunub saxlanılması məqsədilə “Karyera yolu” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Xidmətdə fəaliyyət göstərən əməkdaşların peşəkar inkişafı dəstəklənir və onların vergi orqanları daxilində karyera inkişafına imkan yaradılır.

Beynəlxalq təcrübəyə və standartlara uyğun olaraq, “Vəzifə dərəcələndirmə” layihəsi
çərçivəsində Xidmətdə rəqabətədavamlı və ədalətli əməkhaqqı sisteminin tətbiqinə
başlanılıb. Bu sistem “Karyera yolu” layihəsi ilə paralel icra olunacaq və vergi orqanı
əməkdaşlarının karyera inkişafına xidmət edəcək

Eyni zamanda, beynəlxalq təcrübəyə və standartlara uyğun olaraq, “Vəzifə dərəcələndirmə” layihəsi çərçivəsində Xidmətdə rəqabətədavamlı və ədalətli əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu sistem “Karyera yolu” layihəsi ilə paralel icra olunacaq və vergi orqanı əməkdaşlarının karyera inkişafına xidmət edəcək.

İnsan resursları baş idarəsinin rəisi qeyd edib ki, son illərdə Xidmətdə fəaliyyət göstərən əməkdaşların fəaliyyətinin Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) əsasında qiymətləndirilməsi mexanizmi qurulub. Layihənin həyata keçirilməsində əsas məqsəd əməkdaşlar qarşısında ölçüləbilən, məqsədyönlü hədəflər qoyularaq onların fəaliyyətinin obyektiv qiymətləndirilməsidir. Bu, eyni zamanda işin ümumi optimallaşdırılması və sağlam əmək şəraitində əməkdaşlar arasında sağlam rəqabət mühitinin formalaşmasına da müsbət töhfələr verməkdədir. Hazırda vergi orqanı əməkdaşlarının 83 faizinin fəaliyyəti rüblük olaraq ƏFG əsasında qiymətləndirilir.

Bütün bunlarla yanaşı, Xidmətdə əməkdaşların peşə biliklərini və bacarıqlarını inkişaf etdirmək məqsədilə e-learning prinsiplərinə uyğun olaraq “Fərdi inkişaf portalı” adlanan elektron təlim platforması yaradılıb. Bu platforma vasitəsilə işçilər iş prosesləri ilə bağlı yeni bilik və bacarıqlar əldə edə, qanunvericilikdəki dəyişikliklərə uyğunlaşa və öz peşəkarlıqlarını təkmilləşdirə biləcəklər. Eyni zamanda, elektron təlim platforması işçilərin asudə vaxtlarında təlimlərə rahatlıqla qoşulmalarına imkan yaradır və onların peşəkar inkişafına dəstək verir.

Xidmətdə əməkdaşların peşə biliklərini və bacarıqlarını inkişaf etdirmək
məqsədilə e-learning prinsiplərinə uyğun olaraq “Fərdi inkişaf portalı”
adlanan elektron təlim platforması yaradılıb


Baş idarə rəisi vurğulayıb ki, qeyd olunan transformasiya layihələri işə qəbul proseslərindən tutmuş, əməkdaşların peşəkar və karyera inkişafı, vəzifə dərəcələndirmə və ƏFG əsaslı qiymətləndirmə sistemlərinə qədər geniş bir sahəni əhatə edir. Bu islahatlar Xidmətin daha effektiv və rəqabətqabiliyyətli bir qurum kimi fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyır.
Xəbəri paylaş