Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təl-Əviv İranla birbaşa münaqişə yaratmağa çalışır

Təl-Əviv İranla birbaşa münaqişə yaratmağa çalışır


"Bir çox analitiklər HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İrandan sürətli və qətiyyətli reaksiya gözləyirdilər. Ali lider Əli Xamneyi özü İsrailə qarşı cavab tədbirləri üçün göstərişlər vermişdi. Bir çox Qərb rəsmiləri bu addımı gözləsələr də, vəziyyət başqa cür cərəyan etdi. Sürətli hücum vəd edən ilkin ritorika yerini ölçülü əsaslandırmaya verdi".

Newscenter.az xəbər verir ki, bunu politoloq Pərviz Əliyev səsləndirib. O deyib ki, İranın strategiyasını dəyişməsi “İsrail tələsinə” düşmək qorxusu ilə bağlıdır:

"Təl-Əviv İranla birbaşa münaqişə yaratmağa çalışır və burada ABŞ-ı onun içinə çəkmək asandır. Bu da hərbi balansı İsrail lehinə xeyli dəyişəcək".

Politoloq qeyd edib ki, İran hökuməti genişmiqyaslı müharibənin perspektivlərini ölçür və İsraillə uzunmüddətli hərbi münaqişənin daxili iqtisadi problemləri necə pisləşdirə biləcəyini və xalqın narazılığını artıra biləcəyini görür:

"İndiyə qədər İran özü üçün eyni dərəcədə qazanan strategiya seçib. Zənnimcə bu strategiya qisas ehtimalını saxlamaq, İsrail və müttəfiqlərini gərgin vəziyyətdə tutmaqdır. Təbii ki, daxili siyasi dəyişikliklər cavab zərbəsinin gecikməsində də rol oynayıb. İran parlamenti 20 ildən artıq müddətdə ilk dəfə prezident Məsud Pezeşkianın kabinetinin bütün üzvlərini təsdiqləyib".

Mehman Mehdiyev
Xəbəri paylaş