Türkiyənin neft idxalatı azalıb.
Newscenter.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən bildiir ki, neft və neft məhsulları idxalı iyun ayında keçən ilin eyni ayına görə 9,7 faiz azalaraq 4 milyon 357 min 677 tona çatıb. Ən çox idxal Rusiya, İraq və Qazaxıstandan edilib.
Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neft idxalı isə qeyd edilən dövrdə 8 faiz azalaraq 2 milyon 841 min 675 tona çatıb.
Bu dövrdə dizel növlərinin idxalı 11,7 faiz azalaraq 1 milyon 146 min 858 ton olub.
Natiq Orucov