ADY-nin Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır.
Newscenter.az quruma istinadən bildirir ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.
Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb.
Süleyman