Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın dini rəhbərliyinin müsəlman dünyasına müraciət etmək haqqı YOXDUR

İranın dini rəhbərliyinin müsəlman dünyasına müraciət etmək haqqı YOXDUR


İsrail keçən ildən başlayaraq daha intensiv və planlı şəkildə İranın bütün "qırmızı xətlərini" darmadağın edir. Həm Qəzzaya və Livana qarşı əməliyyatlar keçirən, həm də SEPAH, HƏMAS və HİZBULLAH liderlərinin məhv edən İsrailə adekvat cavab verməkdə çətinlik çəkən İran rəhbərliyi Yaxın Şərqdə və ölkə daxilində nüfuzunu sürətlə itirməkdə davam edir.

İsrailin öldürdüyü Süleymani, Haniyə və Nəsrullah Yaxın Şərqdə üstün ictimai imicə sahib idilər və İran onları yetişdirmək üçün böyük resurslar sərf etmişdi. Hazırda Tehran regional lider çatışmazlığı ilə bərabər Xomeyninin təhlükəsizliyini təmin etmək problemi ilə qarşılaşıb. İranın İsrailə qarşı fəaliyyət göstərmək üçün yaradılan dövlət strkturlarının rəhbərliyinə təyin edilən şəxslərin İsrail ilə əməkdaşlıq etməsi isə daha ciddi problemdir. Belə bir problemin keçmiş İran prezidenti Mahmud Əhmədinecat tərəfindən səsləndirilməsi, İsrail xüsusi xidmət orqanlarının İran ərazisində səmərəli fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir. Məhz daxili casus şəbəkəsinin İrandakı fəaliyyəti İran rəhbərliyini küncə sıxışdırıb. Tehran daha əvvəl Yaxın Şərqdə təsirini genişləndirmək barədə planlar çızırdısa, hazırda bu planlar əsasən daxili təhlükəsizliyin təmin edilməsinə yönəlib. İsrailin geniş casus şəbəkəsinin yaradılması və SAXAL ordusunun Tehranda istənilən hədəfi zərərsizləşdirməsi imkananlarına görə İran hazırda İsrailə cavab verə bilmir. Əvvəllər raket atırdı, indi isə söz ata bilmir.
ABŞ-ın İsrailə hərtərəfli dəstəyi də öz rolunu oynayır. Qasımi, Haniyə, Nəsrullah və ya Suriya, Livan və Etmənistan İranın əlində daim təsir mexanizmi olublar. Hazırda İran bu mexanizmlərdən heç birini qoruya bilmir. İsrail ordusu Ermənistan xaric adı çəkilənləri kifayət qədər ciddi bir şəkildə və birbaşa cəzalandırır. İranın cəzalandırılması, dolayısı ilə həm də Ermənistanın cəzalandırılması deməkdir.

1979-cu ildən 2023-cü ilə qədər İran üçün regional lider olmaq məqsədi prioritet hədəf idi. İraq, Fələstin, Yəmən və Suriya da daxil olmaqla bir sıra ərəb ölkələrində həm yerli hakimiyyətlərə, həm də İsrailə təsir göstərmək üçün İran silahlı qruplaşmalar yaratmışdı.

1982-ci ildə İsrailin Livana təcavüzündən sonra yaranan HİZBULLAH təşkilatı İranın dəstəklədiyi ən güclü silahlı qruplaşma idi. Nəsrullahın öldürülməsi bəlkə də təşkilatın qısa müddətdə dağılmasına səbəb olmayacaq, amma İsrailin Şeyx Həsəni yeraltı bunkerdə müşavirə keçirərkən qızı və ətrafı ilə birlikdə öldürməsi, bu qruplaşmanın zəiflədiyini göstərir. Başqa sözlə desək, İranın zəifləməsi ilə paralel olaraq Tehranın hərtərəfli dəstəklədiyi sialhlı birləşmələr də fiziki və mənəvi itkilərə məruz qalır. Nəticədə isə İsrail regionda əsas rəqibi olan İran üzərində mühüm nailiyyətlər əldə edir. Ən çox əziyyət çəkən isə İranın dəstəklədiyi qruplaşmaların yerləşdiyi şəhərlər və ölkələr, onların mülki vətəndaşlarıdır.

Çıxılmaz vəziyyətdə qalan İran Prezidenti BMT tribunasından dünya ictimaiyyətinə səslənir və onu İsraildən qorumağa dəvət edir. Pezekşian etiraf edir ki, İranın vurulması ölkənin parçalanmasına və 4 yeni dövlətin, o cümlədən Cənubi Azərbaycanın yaranması, dolayısı ilə TURAN-ın yaranması ilə nəticələnəcək. Başqa sözlə desək, Pezekşian deyir ki, məni qoruyun, mən türk dünyasının birləşməsinə mane olacam. Bu İranın "Zəngəzur dəhlizi " ilə bağlı verdiyi bəyanatların alt sətirini açmağa imkan verir. Ermənistan isə hesab edirdi ki, İran bu dəhlizin açılmasına İrəvana olan məhəbbətindən irəli gəlir, əslində isə İran bu maneəni Qərbin TURAN əleyhinə olan planlarına dəstək vermək üçün yaradır. İran bunun qarşılığında əvvəl sanksiayalar altında olan maliyyə vəsaitlərini xilas etməyə çalışırdı, indi isə özünü İsraildən müdafiə etməyə çalışır.
Daha bir maraqlı bəyanatı İranın alı dini rəhbəri Xomeyni səsləndirib. Əli Xomeneyi müsəlman dünyasını İsrailə qarşı birləşməyə dəvət edir. 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, müsəlmanları evlərinədən zorla qovan, məscidlərimizdə donuz saxlayan İranın bir dəfə olsun Ermənistanı qınamadığı halda, indi "quyruğu qapı arasında" qalanda müsəlman dünyasına səslənmək üçün haqqı varmı?
İslam adına daim ləkə gətirənlər, məsciddə saxlanılan donuzları görməyənlər, bölgəni qan gölünə çevirənlər, işğalçını dəstəkləyənlər, qonşusunun əmlakını işğalçıdan əldə edənlər, daim islam dünyası və müsəlman qonşuları ilə savaşanlar, müsəlman xalqalara iztirab və əzab gətirənlər, heç bir sahədə müsəlmanlara nümunə ola bilməyənlər, İsraili hədləyib hər gecə sığınacaq dəyişənlər, sizin müsəlman dünyasına müraciət etmək haqqınız YOXDUR!

Yaxın Şərqə təsir imkanlarını itirməyə başlayan İranın ali dini rəhbəri və prezidentinin açıqlamaları birmənalı şəkildə çıxılmazlıq sindromunun əlamətləridir.

Ədalət Verdiyev, hərbi ekspert
Xəbəri paylaş