Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin növbəti hədəfi kimdir?

İsrailin növbəti hədəfi kimdir?


Yaxşı Şərqdəki qarışıq və bir o qədər də təhlükəli proseslər özü ilə bərabər cavablandırması çətin suallar yaradır. İsrail Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların ildönümü ərəfəsində növbəti bir cəbhə açmağa çox yaxındır.

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. O deyib ki, buradan isə ilk əvvəl belə bir sual ortaya çıxır:

"Hizbullah nəyə görə İsrailin Qəzzaya hücumu zamanı Təl-Əvivə qarşı genişmiqyaslı əməliyyatlar keçirib qabaqlayıcı tədbirlər həyata keçirmədi? Axı bunu siyasətlə əlaqəsi olmayan istənilən şəxs də proqnozlaşdıra bilərdi ki, Netanyahu hökuməti Həmasla yekunlaşan deyil və növbəti hədəf məhz Hizbullahdır. Əgər keçən il Həmasla başlanan müharibə zamanı Hizbullah eyni şiddətlə İsrailə cavab versəydi bu gün məhv olmanın bir addımlığında olmazdı və İsrail ordusu da bu qədər rahat, sərbəst öz işini icra edə bilməzdi"

AVP rəsmisinin sözlərinə görə, söhbət proksi qüvvələrdən gedirsə, onların düşünən beyini İranda olduğu üçün Tehranın iradəsindən kənar heç bir qüvvə hərəkət etmir:

"Onda müşahidələrimiz əsasında belə bir nəticə hasil olur ki, İran özünün yaratdığı silahlı qruplaşmaları gözdən çıxardıb və səssizlik fonunda onları qurban verir. Bəs növbəti hədəf kimlərdir? Hesab edirəm ki, növbəti hədəf və qurban İsrailin Qırmızı dəniz üzərindən ticarətinə mane olan İran dəstəkli Husilərdir".

Anar Əliyev
Xəbəri paylaş