Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Livanda ölənlərin sayı 1200-ə çatır

Livanda ölənlərin sayı 1200-ə çatır



İsrail ordusunun Livanda həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 1174 nəfər çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Həlak olanların 104-ü uşaq, 194-ü isə qadındır.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin ölkənin bir çox bölgəsinə davam edən şiddətli hava hücumları nəticəsində yaralananlar barədə məlumat verilməyib.

Açıqlamada İsrailin Sur şəhərinə endirilən hava zərbələri nəticəsində 16 nəfərin öldüyü, 115 nəfərin yaralandığı, bölgədəki Kəna Dövlət Xəstəxanasına isə hava zərbələri nəticəsində ciddi ziyan dəydiyi vurğulanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş