Mişustin İrana səfər edəcək və ölkə rəhbərliyi ilə görüşəcək
Bu, Rusiya baş nazirinin Nazirlər Kabinetinin rəhbəri kimi respublikaya ilk səfəri olacaq
TEHRAN, 30 sentyabr. /TASS/.
Rusiyanın baş naziri Mixail Mişustin İrana rəsmi səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, baş nazirin ölkə prezidenti Məsud Pezeşkian və birinci vitse-prezident Məhəmməd Rza Areflə görüşü nəzərdə tutulub.
Məlumata görə, Mixail Mişustin Nazirlər Kabinetinin rəhbəri kimi İrana ilk dəfə səfər etmiş olacaq.
Qeyd edək ki, sentyabrın ortalarında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib və Rusiya prezidenti Vladimir Putinin mesajını Pezeşkiana çatdırıb.
Səfər zamanı Mişustin ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə Rusiya-İran əməkdaşlığının bütün spektrini müzakirə etməyi planlaşdırır. Moskva və Tehran nəqliyyat, sənaye, energetika, təhsil, o cümlədən kənd təsərrüfatı sahələrində böyük birgə layihələrin həyata keçirilməsində xüsusilə maraqlıdır.
Anar Əliyev