Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Ermənistana səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfər zamanı Mişustin Avrasiya İqtisadi İttifaqı çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfər oktyabrın 1-də başlayacaq. Hökumət rəhbəri Rusiyanın baş naziri Avrasiya Hökumətlərarası Şurasının (EMİK) 40-cı iclası və Avrasiya İqtisadi Forumunun plenar iclasına qatılacaq.
Aİİ ölkələrinin baş nazirlərinin 2030-cu ilə qədər ittifaq çərçivəsində sənaye əməkdaşlığı sahələrini nəzərdən keçirəcəkləri gözlənilir.
Qeyd edək ki, Avrasiya İqtisadi Forumu üçüncü dəfədir ki, keçiriləcək. Onun əsas mövzusu “Aİİ-nin 10 ili: perspektivlər və prioritetlər”dir.
Anar Əliyev