Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, yaralılar var

Türkiyədə avtobus qəzası, yaralılar var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Mersində olub.

Məlumata görə, Mersində sərnişin avtobusu yük maşınının arxasına çırpılıb.
Mersinin Tarsus rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində yaralanan 4 nəfər xəstəxanaya aparılıb.

Yanğınsöndürmə briqadalarının gördüyü işlər nəticəsində avtomobildə qalmış sürücü hadisə yerindən çıxarılıb. Yaralılar təcili yardımla Tarsus Dövlət Xəstəxanasına aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş