Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı məqsədlərinə, o cümlədən “qələbə planına” nail ola bilmədi.
Newscenter.az TASS- istinadən bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
Nəşr yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası vəziyyətin daha da gərginləşəcəyindən ehtiyat edərək Zelenskinin “qələbə planını” təsdiqləməkdən imtina edib.
Qəzetin yazdığına görə, Ukrayna liderinin ABŞ-da “sərin qəbulu” onun tədricən okeanın o tayından dəstəkdən məhrum olduğundan xəbər verir.
Mehman Mehdiyev