Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DAF-ın 2025-ci il üçün inkişaf planı hazırlanır

DAF-ın 2025-ci il üçün inkişaf planı hazırlanır


Dünya Alpaqut Federasiyasının 2025-ci il üçün fəaliyyət planı hazırlanacaq.

Newscenter.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti Jalə Əhmədova deyib. Bildirib ki, həmçinin alpaqut idmanının inkişafı üçün əhəmiyyətli addımların atılması nəzərdə tutulur və bunun strateji qərarlar qəbul edilib.

"Yeni beynəlxalq təşkilatlarla əməkdaşlığın və əlaqələrin qurulması, mövcud əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün strateji iş planının hazırlanması, DAF-ın fəaliyyətini gücləndirmək məqsədilə yeni kadrların cəlb edilməsi məsələləri müzakirə edilib

Jalə Əhmədova onu da deyib ki, ölkədə Alpaqut məhsullarının satışını həyata keçirəcək “Alpagut Store”un açılışı olacaq.

"Eyni zamanda DAF Azərbaycan nümayəndəliyinin strukturunun gücləndirilməsi nəzərdə tutulur".

Süleyman
Xəbəri paylaş