"Təxminən 30 il müddətdə davam edən işğala ölkəmiz məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörön siyasəti,qətiyyəti və rəhbərliyi ilə son qoyuldu. Düşmən, separatizm üzərində ümummilli Zəfəri qazandıq. Beləliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq ədaləti özü bərpa etdi, eyni zamanda da BMT-nin qətnamələrini özü icra etdi".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Vüqar Məmmədov deyib. O bildirib ki, Prezident İlham Əliyev ölkəmizi son 30 ildə yürütdüyü müdrik siyasətlə regionun lider ölkəsinə çevirdi:
"Qürurla qeyd edirəm ki,məhz cənab Prezidentin sayəsində Azərbaycan Beynəlxalq Birliyin hörmətli üzvünə çevrilmişdir.Ölkəmiz bu gün sabitdir və sabit, proqreslə irəliləyən iqtisadiyyatı ilə dünyanın diqqətindədir. Burdan fəxrlə Müzəffər Ali Baş Komandanımıza səslənirəm,"hörmətli Ali Baş Komandanım, möhtərəm cənab Prezidentimiz, bütün bu saydıqlarımı 07 fevral 2024 cü il tarixdə keçirilən növbədənkənar Prezident seçkilərində, qədirbilən Xalqımız Sizə olan borcunun, sevgisinin bitməz-tükənməz olduğunu bir daha göstərdi və sübut etdi".
Vüqar Məmmədov deyib ki, xalqımız cənab Prezidentə tam ehtimad göstərdi:
"Qədirbilən xalqımız əmindir ki, ölkəmiz bundan sonra da Heydər Əliyev ideyaları, müasirləşən siyasi-kursu ilə inkişaf edəcək və bölgənin super güc ölkəsinə çevriləcəkdir".
Anar Əliyev