Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan səhiyyəsi kimin nəzarətindədir?

Naxçıvan səhiyyəsi kimin nəzarətindədir?


Əhalinin sağlamlığının qayğısına qalmaq dövlətin əsas vəzifələrindən biridir. Hər il dövlət büdcəsindən bu məqsəd üçün xeyli vəsait ayrılır.

Ancaq bəzi məmurların əməllərinə görə bu pullar təyinatı üzrə xərclənmir. Məsələn, bu məmurlardan biri Naxçıvan Muxtar Respublikasının hazırki səhiyyə naziri Samiq Sadıxovdur.

Samiq müəllim səhiyyəsinə Naxçıvan xanı adını almış Vasif Talıbovun xeyir-duası ilə qədəm basıb. Vasif Talıbovun qərarı ilə Muxtar Respublikanın İcbari Tibbi Sığorta Agentliyinin direktoru işləyib.

Xan gedəndən sonra yeni rəhbərliklə dil tapıb. Nəticə də göz qabağındadır. Vasif Talıbovun növbəti kadrı nazir postunda oturub. Beləliklə, səhiyyə sahəsi tam şəkildə Vasif Talıbovun nəzarətindədir.

Buna nə ad vermək olar?

Müəyyən dövlət orqanları kadr siyasətinə görəsən niyə məsuliyyətsiz yanaşırlar?
Bu gün sizə Naxçıvanın səhiyyəsində baş verən növbəti qanunsuzluqdan söz açacam.

Ali Məclisin 2023-cü ilin iyul ayının 28-də fərman verməsinə, Muxtar Respublika hökumətinin qərarına baxmayaraq bir ildən artıq müddət keçməsinə rəğmən fərman və qərar tam icrasız qalıb.

Muxtar Respublikanın səhiyyə naziri Samiq Sadıxov necə edibsə, Naxçıvanın səhiyyə sistemi Azərbaycanda olan mövcud qanunvericilikdən tamamilə kənardadır. Beləki, Azərbaycanda Ailə Sağlamlıq Mərkəzləri (ASM) var və onlar TƏBİB-in tabeliyində olan xəstəxanaların tərkibindədir.

Amma Samiq Sadıxov sayəsində bu qurumlar Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) deyil Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə keçib və bu da büdcə üçün əlavə lazımsız xərc tələb edir.

Oxşar vəziyyət Təcili Yardım Mərkəzi, Diaqnostika Mərkəzi (əksər yeyintilər demək olar bu müəssisə üzərindən həyata keçirilib), Naxçıvan Şəhər Poliklinikası üçün də xarakterikdir. Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyi (İTS), Tibb Müəssisələrinin İdarəetmə Birliyi müstəqil qurumlar olmağına baxmayaraq muxtariyyətin səhiyyə naziri tərəfinizdən idarə olunur.

Bunu Samiq Sadıxovun yaxınlarının, ailə üzvlərinin Naxçıvan İTS və Naxçıvan TMİB-də hansı vəzifələrində işləməyindən də başa düşmək olar.

Ən böyük qanunsuzluq bu gün Ailə Sağlamlıq Mərkəzlərinin Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində müstəqil qurum olmağına baxmayaraq əmək haqqını TMİB-in büdcəsindən almasıdır.

İşçilərin bəziləri sistemdə TMİB-ə keçsə də hələ də harda işlədiklərini bilmirlər (məsələn, ASM əməkdaşları) və işçilər bu aylar üçün maaş almayacaqlarından narahatdırlar.

Əlavə olaraq bir məsələni xüsusilə vurğulamaq istəyirik ki, Samiq Sadıxov saxta reklamlar edərək qanunsuz əməllərini hələ də gizlətmək istəyir.

Bəla orasındadır ki, cənab Sadıxov reklamda belə saxtakarlıq edir. Naxçıvan Sağlamlıq Mərkəzinə aksiya adı ilə özəl klinikadan uzmanlar dəvət edir, halbuki elanda adı uzman-pediatr kimi qeyd olunan Abbasova Zabitə və uzman-kardioloq kimi qeyd olunan Aytən Kərimova uzman deyillər.

Hər bir kəs bilir ki, özəl klinikaların aksiya adı altında etdikləri hər bir hərəkətin altında müştəri yığmaq kimi məqsədlər durur.

Samiq Sadıxov, onsuz da yetəri qədər çətinliklər görən bu zəhmətkeş naxçıvanlıları sözdə səhiyyə düzəltməklə aldatmağınız bəsdir.

Məncə yetəri qədər mal-mülk sahibi olmusunuz. Postu işi bilən, sizdən fərqli olaraq Naxçıvanı və naxçıvanlıları sevərək səhiyyəni dirçəldəcək şəxslərə təhvil verin.
Özünüz isə səhiyyədən apardıqlarınızla nəinki övladınıza, nəvələrinizə də gələcək qura bilərsiz…

Sima Babayeva
Xəbəri paylaş