Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29 ərəfəsində stansiya əməkdaşlarına yeni tipli təlim təşkil edilib

COP29 ərəfəsində stansiya əməkdaşlarına yeni tipli təlim təşkil edilib


“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində COP29 Konfransı ərəfəsində stansiya işçilərinə meta ünsiyyət təlimi keçirilib.

Meta kommunikasiya müasir sistemli düşüncə yanaşmalarından istifadə edərək, ünsiyyətin keçdiyi prosesləri, insanların hiss, düşüncə, emosiya və xüsusiyyətlərinin qarşılıqlı münasibətlər sistemində onun əhəmiyyətini öyrədən təlimdir.

Newscenter.az xəbər verir ki, təlim və inkişaf üzrə peşəkar mütəxəssis Fərid Seyfullayevin apardığı seminar zamanı ünsiyyətin əsas elementləri, effektiv ünsiyyət üçün maneə yaradan faktorların müəyyən olunması, ünsiyyət modelləri və fərqli şəxsiyyət tiplərinin ünsiyyət üslubları barədə mövzulara toxunulub.

Təlimin əsas hədəflərindən biri dünya iqlim dəyişmələri toplantılarının iştirakçıları, ümumiyyətlə, fərqli beynəlxalq tədbirlər, eləcə də sərnişinlərlə davranış və ünsiyyətdə yanaşma və tərzlərə uyğun üsul və təbirin seçilməsi, vəziyyətin qiymətləndirilməsi kimi mühüm amillər dayanıb.

Canlı ünsiyyət və fikir mübadiləsi şəraitində keçən təlimdə xarakter tiplərinin araşdırılması və nümunələr əsasında ünsiyyət formalarının seçilməsi müzakirə olunub. Həmçinin nümunələrə uyğun modellər üzərində söhbət aparılıb.
Ümumiyyətlə, faydası kifayət qədər effektiv olan təlimdə COP29 kimi dünyanın ən mötəbər tədbiri zamanı, eləcə də paytaxta gələcək milli-mental xüsusiyyətləri fərqli sərnişinlərlə ünsiyyət, davranış və digər modullara da baxılıb.

Nərgiz Əzizova
Xəbəri paylaş