Qazaxıstanda qaz ixracına qoyulan məhdudiyyətlər uzadılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.
Bundan əvvəl Energetika Nazirliyinin 2 may 2024-cü il tarixli əmri ilə qazın ixracı qadağan edilib. Məhdudiyyət müddəti 2024-cü ilin noyabr ayına qədər idi. Daxili bazarı maye qazla təmin etmək üçün ixrac qadağasının daha 6 ay müddətinə uzadılması qərara alınıb.
Mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağa noyabrın 14-dən qüvvəyə minəcək.
Mehman Mehdiyev