Noyabrın 11-də Qazaxıstanda vergilərin və digər icbari ödənişlərin ödənilməsini asanlaşdıran yenilik – konsolidə edilmiş ödəniş tapşırığı qüvvəyə minəcək.
Bu mühüm dəyişiklik fiziki şəxslər və sahibkarlar üçün vergi prosedurlarının sadələşdirilməsinə, habelə dövlətlə hesablaşmalarda şəffaflığın və rahatlığın artırılmasına yönəlib.
Konsolidə edilmiş ödəniş tapşırığı bir ödəniş tapşırığı ilə bir neçə vergi növünü köçürməyə imkan verən vahid sənəddir. Əvvəllər hər ödəniş üçün ayrıca tapşırıq yaratmaq lazım idi.