Cahangir Məşədi Rza oğlu Zeynalov (21 sentyabr 1865, Bakı – 4 noyabr 1918, Bakı) —
Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Məşədi Rza oğlu Zeynalovun anım günüdür.
Newscenter.az xatırladır ki, o, 1865-ci il, 21 sentyabr tarixində Bakıda anadan olub.
Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır.
1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik etmişdir.
O 1918-ci il, 4 noyabr tarixində dünyasını dəyişib.
Mehman Mehdiyev