Bu gün Qırğızıstanın paytaxtı Bişkək şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının sammiti mühüm qərarların qəbulu ilə yadda qaldı. Uzun illərdir yol qət edən təşkilatın yaranma tarixi də kifayət qədər
Newscenter.az xatırladır ki, 1992-ci ildə Türkiyənin o vaxtkı prezidenti Turgit Özalın təşəbbüsü ilə Ankarada türk dövlətlərinin ilk sammiti təşkil olunur. Sammitdə Azərbaycan Prezidenti Əbilfayz Elşibəy, Özbəkistan dövlət başçısı İslam Kərimov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan lideri Saparmurat Niyazov və Qırğızıstan prezidenti Əsgər Akayev iştirak edib. Həmin vaxt heç bir təşkilat yaranmır.
Türk dövlət başçılarının ikinci sammit isə İstanbulda keçirilib. Həmin görüşdə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Şərqi Avropa və Çinin iştirakı ilə Avrasiya İqtisadi İttifaqının yaradılması ideyasını elan edib. Amma türk dövlətləri əvvəlcə bir-biri ilə əlaqə qurmağın yollarını tapmağa çalışdılar. Bunun üçün təşkilat yaratmaq lazım idi.
2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində türk dövlətlərinin yeddinci sammiti keçirilir. Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan “Türk Şurası” beynəlxalq təşkilatının yaradılması haqqında razılığa gəlirlər. Hətta bununla bağlı xüsusi saziş də imzalanır. Türkmənistan neytral statusunu bəyan edərək təşkilata üzv olmaqdan imtina edib. Özbəkistan da tələsmirdi. Amma prezidenti dəyişdikdən sonra bu ölkə Türk Şurasının tərkibinə daxil oldu.
2021-ci il sammitində Türk Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılıb. Türkmənistan isə müşahidəçi kimi ora qəbul edilib. Bundan əlavə, bu gün Macarıstan və Şimali Kipr də təşkilatda müşahidəçi statusuna malikdir.
Mehman Mehdiyev