Qlobal buğda ehtiyatlarınln həcminin azalacağı proqnozlaşdırılır.
Newscenter.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalda qeyd olunub.
Bildirilir ki, 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində qlobal buğda ehtiyatlarınln həcmi 3 faiz azalacaq. Nəticədə buöda ehtiyyatı həcmi 258 milyon tona enəcək.
Beləliklə, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.5% azalaraq (383 milyon ton) olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 7 milyon ton az (445 milyon ton) olacaq.
Anar Əliyev