Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dünyanın taleyinə biganə olmadığını göstərdi

Azərbaycan dünyanın taleyinə biganə olmadığını göstərdi


"Azərbaycanın ev sahibliyi etdiyi, bütün dünyanın taleyini maraqlandıran COP29 tədbirinin mahiyyəti müəyyən dairələr və qərəzli insanlar tərəfindən kiçildilməyə çalışılırdı. Azərbaycan dövləti COP29 tədbirinə ev sahibliyi etməklə dünyanın taleyinə biganə olmadığını, bunun üçün əlindən nə gəlirsə etməyə çalışdığını göstərmək istədi. Amma hesab edirəm ki, tədbirin uğurlu və ya uğursuz alınmasının mahiyyət etibarilə Azərbaycana dəxli yoxdur".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Azərbaycan ev sahibi kimi mühüm olan hər bir şəraiti yaratdı və hələ bunun üçün tədbirin sonuna kimi əlindən gələni edir:

"Amma tədbirdə alınan qərarların tətbiqindən sonra əldə ediləcək nəticələr COP29-un öz hədəfinə çatıb-çatmamasını göstərə bilər ki, bunun üçün də zamana ehtiyac var. Azərbaycan dövlət kimi COP29-dan mənəvi qazancdan başqa heç nə əldə etmir. Mənəvi qazanc dedikdə qonaqların rahat şəraitdə işləməsi, onların verəcəyi qərarların nəticələri Azərbaycan dövlətnin qazancıdır. Burda siyasi motivlər axtarmaq yersizdir. Təbii ki, tədbirin Azərbaycanın turistik imkanlarının, mətbəxinin, insanlarının dünyaya tanıdılması üçün bir arena olduğu da kəsindir. Amma bu, ikinci dərəcəli amildir. Çünki zatən gələn qonaqlar bunu görəcəkdilər".

Süleyman
Xəbəri paylaş